Ronaldunun qol və asisti "Ən-Nəsr"ə qələbə gətirdi

 30-01-2025

Səudiyyə Ərəbistanı Pro Liqasında 18-ci turun görüşləri keçirlir.

MilletinSesi.info xəbər verir ki, "Ən-Nəsr" səfərdə "Ər-Raed"lə üz-üzə gəlib.

Oyunda hesabı qonaqlar açıblar. Komandanın ulduz kapitanı Kriştianu Ronaldu bu mövsüm çempionatdakı 15-ci qolunu vurub.

"Ən-Nəsr"in ikinci qolu da portuqaliyanın məhsuldar ötürməsindən sonra qeydə alınıb.

Hərçənd meydan sahibləri buraxılan toplardan birinin əvəzini çıxsalar da, onların yeganə qolu xal qazanmaq üçün kifayət etməyib - 1:2.

Hazırda "Ən-Nəsr" 38 xalla yarış cədvəlində ilk üçlüyü qapayır. "Ər-Raed" isə 14 xalla 15-ci pillədə qərar tutub.

 

Bənzər yazılar

0.064726114273071