21 Fevral - Beynəlxalq Ana Dili Günüdür

 21-02-2025

Əgər ana dilini müəyyən etsək, etnik və milli birliklərin bütün münasibətlərində və fəaliyyətlərində istifadə etdikləri və anladıqları dil həmin toplumun ana dilidir. Daha geniş mənada insanın heç bir təhsil almadam ailəsi, mühiti və cəmiyyəti vasitəsilə öyrəndiyi dil ana kimi təyin olunur.

Ana dili ilkin olaraq anadan eşidilən, yəni göbək vasitəsilə qurulan ünsiyyət dilidir. Əvvəlcə yaxın mühitdən, sonra isə sosial mühitdən öyrənilən, insanın şüuruna hopmuş, fərdlə cəmiyyət arasında möhkəm bağlar yaradan dildir. İnsan ilk öyrəndiyi ana dilində hər şeyi düşünür, qavrayır və şərh edir.

Ana dili fərqli olan uşaqlar ana dilində, atasının danışdığı dildə və ətraf mühitdə danışan və öyrənən uşaq məktəbə başladığı andan etibarən sərhədlərini mənimsəməyə bilmədiyi başqa bir dillə qarşılaşdıqda çaşqınlıq və sarsıntı keçirir. Bu milyonlarla uşaqların təcrübəsidir.

Beynəlxalq Ana Dili Gününün tarixindən danışsaq, 1999-cu il noyabrın 17-də UNESKO tərəfindən 21 fevral elan edilmişdir. Beynəlxalq Ana dili Gününün əsl adı Ana Dili Hərəkatı Günüdür. Bu gün Benqal Dil Hərəkatı uğrunda Banqladeş polisi ilə toqquşmuş Banqladeşli universitet tələbələrinin öldürülməsinin ildönümü kimi qeyd edilib.

Beynəlxalq Ana Dili Günü hər il YUNESKO-ya üzv ölkələr tərəfindən qeyd olunur. Onun maarifçiləri çoxdilliliyi də müdafiə edir.

Hər bir xalqın kökü ana dilində başlanır. Dilimizin dövlət dili müstəvisində tanınması, onun milli və beynəlxalq arenalarda təmsil olunması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Dahi rəhbərin Azərbaycan dilinin hərtərəfli inkişafına, zənginləşməsinə, onun diplomatik aləmə yol açmasına göstərdiyi qayğı və fədakarlıq dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri idi.

Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyev Azərbaycan dili haqqında danışarkən demişdir: “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək, olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır”.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.

YUNESKO-nun məlumatına görə, dünyada 2500 dil yox olmaq təhlükəsi ilə üz-üzədir. Yüz il ərzində bir dildə danışacaq insan qalmadısa, o dil təhlükədədirsə, o dil ölü sayılır. Gəlin dünyamızın ölümünü seyr etməyək. Dilləri, mədəniyyətləri öz gözəlliyi ilə yaşadaq.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

Sahilə Rafiq qızı İbrahimova

ADPU-nun Filologiya fakültəsi, Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Bənzər yazılar

0.060214042663574