Ədalət Partiyasının sabiq sədri İlyas İsmayılov Nardaran qəbiristanlığında dəfn olunub

 18-02-2025

Ədalət Partiyasının sədri İlyas İsmayılovla vida mərasimi keçirilib.

MillətinSəsi.info "Report"a istinadən xəbər verir ki, Heydər Məscidində keçirilən mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra Ədalət Partiyasının sabiq sədri İlyas İsmayılov Nardaran qəbiristanlığında dəfn olunub.

Dəfndə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, İlyas İsmayılov ötən gün Mərkəzi Klinik Xəstəxanasında

O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.

 

Bənzər yazılar

0.0727219581604