"Rusiyanın Azərbaycanla bağlı yanlış siyasəti ona baha başa gəldi. Moskva ABŞ-də imzalanan sənədlərlə Cənubi Qafqazı tamamilə itirdi".
MillətinSəsi.İnfo xəbər verir ki, bunu Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri professor Aygün Attar "Haber Global"ın efirində bildirib.
O qeyd edib ki, 2020-ci il 10 noyabr bəyanatından sonra Zəngəzur dəhlizinə nəzarət Rusiyaya verilə bilərdi. Amma indi Kreml bu imkandan məhrum oldu.
Aygün Attarın sözlərinə görə, artıq Cənubi Qafqaza sülh gəlib:
"Odur ki, Vaşinqtonda atılan imzalar çox önəmlidir. Burada uduzan Rusiya, Fransa və erməni diasporu oldu".








































