>

Vergi borcu olan şirkət Qusar icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu

 16-08-2025

Qusar Rayon İcra Hakimiyyəti Büdcədən kənar vəsaitləri hesabına Qusar şəhərində küçə və yolların əsaslı təmiri işlərinin satın alınması üzrə tender keçirib.

32gun.az xəbər verir ki, Tenderin qalibi “ANA-YOL” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 430,719.85 AZN məbləğində müqavilə bağlanacağı gözlənilir. 

32gun.az-ın əldə etdiyi məlumata görə, qalib şirkətin 14,715.62 AZN məbləğində vergi borcu mövcuddur.

Bildirək ki, alib şirkətin nizamnamə kapitalı cəmi 10 AZN-dir və qanuni təmsilçisi Ədalət Tariverdiyev Qeysəddin oğludur.

Qeyd edək ki, Qusar Rayon İcra Hakimiyyətinin hazırkı başçısı Sahir Məmmədxanovdur.

Müəllif Ayaz 
Mənbə 32gun.az

qusar vergi

Bənzər yazılar

0.071725845336914