Xalq artisti Fatma Mahmudova Bakıda "İstanbul NS" klinikasında reanimasiyadadır.
Bu barədə Oxu.Az-a Xalq artistinin qızı Nigar Tofiqqızı məlumat verib.
O bildirib ki, anasının vəziyyəti ağırdır: "Xəstələnib, hazırda vəziyyəti ağırdır. Özəl klinikadadır. Allah anama şəfa versin".
Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirib.