"Barselona" "Arsenal"ın əsas oyunçularından birini transfer edə bilər

 31-12-2024

"Barselona"nın yaxın vaxtlardakı transfer hədəflərindən biri "Arsenal"ın dayaq yarımmüdafiəçisi Tomas Parti ola bilər.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, komanda onu gələn yay azad agentə çevriləndən sonra heyətinə qatmağa çalışacaq.

Bu profildən yeni oyunçu axtarışına səbəb “Barselona”nın Frenki de Yonqun oyununu klubun ümid etdiyi səviyyəyə yüksəldəcəyinə inanmamasıdır.

De Yonq 2019-cu ilin yayında "Ayaks"dan "Barsa"ya keçib.

Parti 2020-ci ilin payızında "Atletiko Madrid"dən "Arsenal"a keçib. Bu mövsüm 25 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı 31 yaşlı Partinin 15 milyon avro qiymətləndirir.

Bənzər yazılar

0.05745005607605