XİN Fransanı BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb

 08-11-2024

Azərbaycan Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə "X"də yazıb.

"Biz BMT-nin İnsan Hüquqları Komitəsinin nəticələrini yüksək qiymətləndiririk", - o bildirib.

Qeyd edək ki, komitə əcnəbi vətəndaşların Fransa-İtaliya sərhədində müvafiq sığınacaq proseduruna, o cümlədən hüquqlarına dair məlumatlara çıxışı olmadan zorla geri qaytarılmasından narahat olduğunu bildirib. Komitə, həmçinin miqrantların Böyük Britaniya-Fransa sərhədindəki müvəqqəti sığınacaqlarının və Fransanın xaricdəki Mayot ərazisindəki gecəqonduların sistematik evakuasiyasının bəzən həddindən artıq güclə həyata keçirilməsinin bu insanların üzləşdiyi onsuz da acınacaqlı həyat şəraitini pisləşdirməsindən narahatdır.

Bənzər yazılar

0.098708868026733