Prezidentdən Elnur Əliyevlə bağlı SƏRƏNCAM

 30-10-2024

Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli sərəncamında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.

Qeyd edək ki, Sahib Məmmədov 26 avqust 2024-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçilib. O, 28 avqustda iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb.

Elnur Əliyev isə 10 fevral 2022-ci ildən etibarən iqtisadiyyat nazirinin birinci müavini vəzifəsini icra edir.

Bənzər yazılar

0.15206599235535