Prezident İlham Əliyev Yeni İnkişaf Bankının prezidenti ilə görüşüb

 23-10-2024

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Dilma Russeff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğulayıb. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət mərkəzində olduğunu dedi və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP29-un önəminə toxunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edilib.


 

Bənzər yazılar

0.061002016067505