Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsindən azad edilib

 21-10-2024

Azərbaycanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsindən azad edilib. 

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Sultan Məhəmməd oğlu Qasımov vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, S.Qasımov 2016-cı ildə Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilmişdi.

Sultan  Qasımov 19 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1976-1984-cü illərdə Azərbaycan xalq təsərrüfatı institutunun əməyin iqtisadiyyatı fakültəsində ali təhsil alıb. 1981-2009-cu illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

Diplomat 2009-2016-cı illərdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu vəzifəsində işləyib. 3 may 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsinə təyin edilib.  Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi var.

09 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Evlidir, qız övladı var.

Bənzər yazılar

0.057614088058472