3 güləşçimiz Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəldi

 09-05-2024

Azərbaycanın üç yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.

"Ölkə.Az"ın məlumatına görə, Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) bu raundadək irəliləməyi bacarıb.

Murad Əhmədiyev (97 kq) isə 1/4 finalda uduzub.

Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək. Turnir mayın 12-də başa çatacaq.

Bənzər yazılar

0.18007016181946