"Zirə" Tovuzda sevindi, ikinci pilləyə yüksəldi

 05-05-2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti matçı baş tutub.

Ölkə.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Zirə" "Turan Tovuz"un qonağı olub.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:1.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. Tovuz təmsilçisi 42 xalla yeddincidir.

Günün digər matçında "Araz Naxçıvan" – "Sabah" görüşü keçiriləcək.

Bənzər yazılar

0.17242288589478