“Barselona” Levandovskini onunla əvəz edə bilər

 05-05-2024

“Barselona” polşalı hücumçu Robert Levandovskini “Liverpul”un ulduzu Darvin Nunyeslə əvəz edə bilər.

"Ölkə.az" xəbər verir ki, “Barsa” Nunyesi qarşıdakı yay üçün transfer hədəflərindən birinə çevirib. Kataloniya klubu heyət xərclərini azaltmağı planlaşdırır və yüksək maaş alan Levandovskidən qurtula bilər.

Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Bu mövsüm polyak bütün turnirlərdə 45 matçda iştirak edib, 24 qol vurub, doqquz məhsuldar ötürmə edib.
Nunyes bu mövsüm bütün turnirlərdə 51 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.

Bənzər yazılar

0.16694283485413