Acun İlıcalı yeni futbol klubu alır - VİDEO

 28-03-2024

İngiltərə çempionatında çıxış edən “Hall Siti”nin sahibi Acun İlıcalı yeni bir klub alacağını bildirib.

Bu barədə əslən azərbaycanlı olan türkiyəli prodüser müsahibəsində deyib.
O, hazırda Sloveniya barədə düşündüyünü vurğulayıb.

“Bir müddət Yunanıstanda olduq, amma istədiyimiz komandanı tapa bilmədik. İndi düşünürük ki, Sloveniya Liqası komanda olaraq bizim üçün ən uyğun yerdir. Dəyişiklik olmasa, yaxın vaxtlarda Sloveniyadan komanda ala bilərik”, - deyə İlıcalı vurğulayıb.

Bənzər yazılar

0.21542096138