Şahruddin bu dəfə belə yadda qaldı: "Neynirsən sən..." - VİDEOLAR

 26-03-2024

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan yığması Bakıda təşkil olunan “FİFA series - Edition 2024” layihəsində  Bolqarıstan kollektivi ilə üz-üzə gəlib.

Ölkə.Az xəbər verir ki, tərəflər hərəyə bir qol vurmaqla matçı bərabərliklə sonlandırıblar.

Oyunda yaddaqalan məqamlardan biri millimizin qapıçısı Şahruddin Məmmədəliyev olub. Adətən, səhvləri ilə gündəmə gələn qolkiper bu dəfə bir seyvi və cərimə meydançasından irəli çıxaraq qarşısındakı futbolçunu driblinqlə keçməsi ilə diqqət çəkib.

Bəziləri Şahruddinin riskli hərəkətini tənqid etsə də, ona haqq qazandıranlar da az olmayıb. 

İdman səhifələrindən biri isə qolkiperin sözügedən epizodunu "Neynirsən sən, Şahruddin?" başlığı ilə paylaşıb.

Qolkiper bundan öncə isə qarşılaşmanın 37-ci dəqiqəsində rəqib futbolçunun cərimə zərbəsindən doqquzluğa göndərdiyi topu qapı xəttindən keçməyə qoymayıb.

Bənzər yazılar

0.21107888221741