Qurban Qurbanov istədiyi hücumçunu Azərbaycanda tapdı

 11-03-2024

Builki çempionatın qalibi məlumdur.

"Qarabağ" ötən illərdə olduğu kimi, qızıl medalları yenə özündə saxlayacaq.

"Zirə"ni 3:1 udub, ən yaxın izləyicisi "Sumqayıt"la xal fərqini 24-ə çatdırdı.

Qurban Qurbanov "Bayer"lə son oyunda böyük güc itirən aparıcı fiqurlarının heç birinin istirahətini pozmadı. Hamısına dincəlmək üçün əlavə vaxt verdi.

Birinin də yeri hiss olunmadı. Nəriman Axundzadə ilə Adama Diakabi yenə qol vurdu.

Neçə turdur, hər ikisi adını tabloya yazdırmadan meydanı tərk eləmir.

Sanki Diakabi Qurbanovdan mərhəmət umur. Fransalı vinqer növbəti gözəl qolla qələbə yolunu hamarladı.

O, toru silkələdi və baş məşqçinin əlini sıxdı. Bəlkə də bununla demək istədi ki, məni bağışla, daha səhv eləmərəm, düzəlmişəm.

Qurbanovun 1 ildir, zədəni bəhanə gətirib çoxlu məşq buraxan, amma deyinməyindən qalmayan fransızı əfv edəcəyi məlum deyil, amma ehtimal edilir ki, o, daxili liqanın qarşıdakı həftələrində də davamlı şans alacaq.

Nəriman da həmçinin. Bu gənc yavaş-yavaş təcrübə toplayır və qapını hiss edir. "Zirə"yə vurduğu qolda əsl hücumçu məharəti göstərdi.

Rauf Əliyevdən sonra çoxdandır, belə azərbaycanlı forvard gözə dəymirdi.

sportinfo.az

 

Bənzər yazılar

0.23807096481323