“Yuventus” türkiyəli futbolçunun məvacibini dörd dəfə artıra bilər

 11-03-2024

“Yuventus” rəhbərliyi 18 yaşlı hücumçu Kənan Yıldızla müqaviləni 2029-cu ilə qədər uzatmaq üçün çalışır.

"Ölkə.az" xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist Nikolo Skira məlumat verib.

Mənbənin məlumatına görə, Turin klubu futbolçuya məvacibini dörd dəfə artırmaqla müqavilə təklif edir. Mövcud əmək müqaviləsinə görə, Yıldızın ildə 300 min avro qazandığı vurğulanır. “Yuventus” türkiyəli futbolçuya illik 1-1,2 milyon avro maaş təklif etməyə hazırdır.

“Qoca sinyora” son transfer pəncərəsində digər Avropa klublarından Yıldız üçün gələn transfer təkliflərini rədd edib.
Xatırladaq ki, bu mövsüm türkiyəli hücumçu bütün turnirlərdə 26 matçda iştirak edib, beş qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 10 milyon avrodur.

Bənzər yazılar

0.17755484580994