Azərbaycanda yaşıl xəstəxanalar fəaliyyətə başlamalıdır - Sadiq Qurbanovdan TƏKLİF

 21-12-2023

Səviyyəsi normadan artıq olan səs-küy qısa müddətli təsir nəticəsində narahatlıq, əsəbilik, uzunmüddətli təsir nəticəsində səs qəbuletmə aparatının zədələnməsinə və sıradan çıxmasına (karlığa) səbəb olur. 

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aparılmış tədqiqatlar nəticəsində məlum olmub ki, küylər insan orqanizminə psixoloji (əsəbilik, stres, narahatlıq və s.), fiziki (başqa danışıqları eşitməyə mane olması) və fizioloji (əsəb sistemi, qan dövranı pozuntularına, qulaq aparatı xəstəliklərinə təsir göstərir, normal fəaliyyət prosesini pozur.

“Həddən artıq güclü küy səslərinin canlıları, o cümlədən insanı məhv etməsi faktları var. Məsələn, orta əsrlərdə, bəzi ölkələrdə məhkumlara ölüm hökmü kilsə zənglərinin təsiri ilə icra edilirdi, güclü küyün təsirindən bitkilərin inkişafı dayanır və ya məhv olur. İnsan həyatı və sağlamlığına təhlükə yaratdığı üçün digər zərərli amillər kimi küy də kəmiyyət və keyfiyyət göstəriciləri üzrə uyğun normativ hüquqi aktlarla tənzimlənir.

Müəyyən fərqlərə baxmayaraq, Avropa İttifaqı (Aİ) ölkələrində, Rusiya Federasiyasında  küyün yol verilən maksimal səviyyəsi 85-90 db, 8 saatlıq iş vaxtında cəmi 15 dəqiqə müddətinə 100 db kimi göstərilmişdir.

Müqayisə üçün qeyd edək ki, normal tərzdə danışıqlar 30-40 db, şadlıq saraylarında musiqiçilərdən standart ölçmə nöqtəsində 120-125 db, atom bombasının episentrdən yaxın məsafədə səsi 200 db-dir. 20-30 db rahat, sakitləşdirici, 60-90 db narahatlıq, 120-130 db ağrı hissi yaradan, 140-150 db dözülməz və bəzi insanlarda dönməz karlıq yaradan, 190-200 db öldürücü səviyyə hesab edilir”, - o qeyd edib. 

Komitə sədri yaranmış vəziyyətdən çıxış yolu ilə bağlı aşağıdakı təklifləri verib:

“Tibbi və qeyri tibbi tullantıların nəzarətə götürülməsi prioritet məsələ kimi qoyulsun. Mövcud vəziyyətin qiymətləndirməsi və açıqlanması, o cümlədən analitik laboratoriyanın təşkili və davamlı təcizatı təmin edilsin  Havaya buraxılan tüstü və kimyəvi toksiki maddələrin qarşısının alınması məqsədi ilə xüsusi mikrodalğalı sobaların tibb mərkəzlərində quraşdırılması tələb olunsun. Rayonlar və şəhərlər  üzrə monitorinqlərin keçirilməsi və məlumat bazasının yaradılması görüləcək işlərə xüsusi töhvə olardı”.

 

Bənzər yazılar

0.17143201828003