Politoloq İlyas Hüseynov: "Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"

 02-05-2024

Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddialar səsləndirib.

Məsələni Trend-ə şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Fransa uzun müddətdir Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir. Fransanın Azərbaycana qarşı qərəzli münasibəti özünü müxtəlif müstəvilərdə göstərməkdədir.

O qeyd edib ki, Fransa ölkəmizə istiqamət verməyə, yön göstərmək məqsədlərini ortaya qoyur.

"Bu xüsusda da Azərbaycanın xarici siyasət vektorlarına da korrektələr etmək maraqlarını gizlətmir. Digər tərəfdən Fransa ölkəmizin daxili işlərinə qarışmaqla yanaşı, ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı fəaliyyət həyata keçirir. Fransa həm də öz maraqlarının təminatçısı rolunda çıxış edir və buna çalışır. Ermənistandan öz marginal maraqları üçün istifadə edir.

Bir zamanlar Azərbaycan ərazisində olan separatçılar Fransaya dəvət alır və böyük dəbdəbəylə qarşılanır. Fransanın dövlət televiziyalarında onlara yer verilir, fəaliyyəti işıqlandırlır.

Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ölkəmiz üçün təhlükəsizlik və sabitlik önəmlidir. Ölkəmiz bu istiqamətdə öz fəaliyyətini qurur. Azərbaycana qarşı bu çirkin və əsassız iddialar səsləndirmək yolverilməzdir. Belə yanaşmalar bölgədəki sabitliyi pozur və destruktiv mahiyyət daşıyır", - deyə o qeyd edib.

 

Bənzər yazılar

0.17287707328796