Müharibəni yalnız bir ölkə dayandıra bilər - HƏMAS

 04-05-2024

İsrailin Qəzzadakı müharibəsinə son qoymaq üçün üç aylıq danışıqlarda irəliyə doğru bir neçə addım atılıb.

"Ölkə.az" xəbər verir ki, bu sözləri HƏMAS-ın Siyasi Bürosunun üzvü Üsamə əl-Həmdan deyib.

“Düşünürəm ki, vasitəçilər, Misir və Qətərdəki qardaşlarımız yaxşı iş görürlər. Ona görə də biz hələ də əsas məqsədə - tam atəşkəs və qoşunların Qəzzadan çıxarılmasına nail olacağımıza ümid edirik”, - deyə o bildirib.

Həmdan əlavə edib ki, müharibəni yalnız ABŞ bitirə bilər:

“Biz ABŞ-ın real mövqeyi haqqında danışmalıyıq, çünki bu, israillilərin, əsasən də Netanyahunun mövqeyinə təsir edəcək əsas məsələdir. Əgər ABŞ Netanyahuya açıq şəkildə desə ki, kifayətdir, sizi əmin edirəm ki, müharibə bitəcək!”

Bənzər yazılar

0.17471289634705