DİM sədri Məleykə Abbaszadə: “İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək”

 18-05-2024

“Azərbaycanda yeni tədris ilində iki yeni universitetin açılması qəbul ballarına təsir edəcək”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

DİM sədri bildirib ki, keçid balları ali məktəbə, ixtisasa və verilən plan yerlərinə uyğun müəyyənləşir:
“Bu il şagird sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər”.

Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib ki, yəqin ki, müəyyən zaman gələcək ki, imtahan modeli dəyişə bilər.

Onun sözlərinə görə, attestatla universitetlərə qəbul gözlənilmir: "Siz bilirsiniz, 0 balla belə atestat alan var. Amma bu balla universitetə qəbul olmaq mümkün deyil.

Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək oldu, orta bal Azərbaycan dili fənnindən doqquz bal artıb. Bu artım riyaziyyat fənnində də var, təqribi 5-6 bal. Hesab edirik ki, bu çox yaxşı nəticədir”, - o əlavə edib.

DİM sədri gələn il daha yaxşı nəticələrin olacağına inandığını bildirib. 

Məleykə Abbaszadə onu da bildirib ki, yəqin ki, müəyyən zaman gələcək ki, imtahan modeli dəyişə bilər.

Onun sözlərinə görə, attestatla universitetlərə qəbul gözlənilmir.

"Siz bilirsiniz, 0 balla belə atestat alan var. Amma bu balla universitetə qəbul olmaq mümkün deyil", - o əlavə edib.

Qeyd edək ki, yeni tədris ilində iki yeni ali təhsil müəssisəsi - Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

 

Bənzər yazılar

0.5745370388031