Qarabağ Universitetinə 17 milyon vəsait ayrılacaq

 20-11-2024

Qarabağ Universitetinin 2025-ci ildə fəaliyyətinin daha da genişləndirilməsinə 17 milyon manat ayrılacaq.

APA.Az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci il büdcə müzakirəsi zamanı təhsil naziri Emin Əmirullayev deyib.

Onun sözlərinə görə, Qarabağ Universitetinə 2024-25-cü il tədris ilində 1104 tələbə qəbul olunub.  “Növbəti ilə də isə Universitetə 1200-1500 tələbə  qəbulu nəzərdə tutulur”, - nazir qeyd edib. 

Nazir Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə büdcədən 10 milyon manat ayrılması  nəzərdə tutulub.

Nazir onu da bildirib ki, növbəti ildə Sabah proqramlarının genişləndirilməsi nəzərdə tutulur və bu məqsədlə büdcədən 10 milyon manat ayrılacaq. Ümumilikdə 2020-2024-cü illərdə 65000 nəfərə yaxın müəllim sertifikatlaşmaya cəlb edilib.


Nazir deyib ki, sertifikatlaşdırma prosesindən uğurla keçmiş ümumilikdə 55000 nəfər olmaqla 38000 nəfərdən çox müəllimin əmək haqqına 10 faiz, 17000 nəfərdən çox müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib:

“Nəticədə əmək haqqına 10 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əmək haqqı 910 manat, əmək haqqına 35 faiz, əlavə tətbiq olunmuş müəllimlər üzrə isə orta aylıq əmək haqqı 1295 manat təşkil edib. Növbəti ildə əlavə 20 mindən çox müəllimi prosesə cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsində əlavə 60, 8 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əmək haqqı əlavələri üçün 154, 4 milyon manat vəsait proqnozlaşdırılıb”.

Bənzər yazılar

0.056067943572998