Son 6 ildə Azərbaycanda 109 kişi məişət zorakılığının qurbanı olub – Siyahı

 15-05-2025

Ötən il Azərbaycanda məişət zorakılığı ilə bağlı 1 451 cinayət qeydə alınıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məişət zorakılığı ilə bağlı qeydə alınan cinayətlər zamanı 1 471 nəfər zərər çəkib və zərərçəkmiş şəxslərin 49-u ölüb.

Qeyd edək ki, məişət zorakılığı ilə bağlı qeydə alınan cinayətlər zamanı zərər çəkən şəxslərin 243-ü kişi olub və onlardan 20 nəfəri ölüb.

Son 6 ildə Azərbaycanda məişət zorakılığına məruz qalan kişilərin ümumi sayı və onlardan ölənlərin sayı aşağıdakı kimi olub:

2024-cü ildə - 243 nəfər (20 nəfər ölüb)
2023-cü ildə - 289 nəfər (25 nəfər ölüb)
2022-ci ildə - 279 nəfər (17 nəfər ölüb)
2021-ci ildə - 331 nəfər (18 nəfər ölüb)
2020-ci ildə - 313 nəfər (18 nəfər ölüb)
2019-cu ildə - 320 nəfər (11 nəfər ölüb)


Murad Məmmədov

Bənzər yazılar

0.074880838394165