Mənuçehr Əhədpura "stop" qoyuldu, şirkəti isə...

 14-05-2025
İş adamı Mənuçehr Əhədpura məxsus şirkət riskli vergi ödəyiciləri siyahısına daxil edilib.
 
Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Əhədpur Xangah Mənuçehr Əli oğlu olan "Az Universal Motors" MMC-nin Dövlət Vergi Xidmətinə 298.125,99 manat vergi borcu var.
 
Nizamnamə kapitalı 200 manat olan "Az Universal Motors" MMC-nin qanuni təmsilçisi iş adamı Mənuçehr Əhədpurun sözügedən borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub. 
 
İş adamının digər şirkətlərinə görə də külli miqdarda borcunun olduğu deyilir. 

Bənzər yazılar

0.064234018325806