Məcnun Məmmədov koronavirusa yoluxub

 13-05-2025

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir Bakıda keçirilən “Caspian Agro” sərgisi ilə əlaqədar COVID-19 testi verib.

“Testin nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib”, - qurumdan bildirilib.

Ajans.az-ın əldə etdiyi məlumata görə koronovirusa yoluxan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müalicəsi davam edir.

Xatırladaq ki, bir neçə gün öncə Bakıda keçirilən “Caspian Agro” sərgisində iştirak etmək üçün COVID-19 testi verən Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun testinin nəticəsi müsbət çıxmışdı. Ona görə də nazir sərgidə iştirak edə bilməmişdi.

Ajans.az kənd təsərrüfatı naziri Məcnun Məmmədovun hazırda harada müalicə olunması, sağlamlıq vəziyyətini necə olması barədə araşdırma aparıb. 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Ajans.az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirin səhhətində narahatlıq üçün əsas yoxdur:

“Cənab nazirin sağlamlıq durumu normaldır. Karantin qaydalarına uyğun olaraq bir həftəlik təcrid müddəti başa çatdıqdan sonra koronavirusla bağlı növbəti test götürüləcək”.

Nazirin hansı tibb müəssisəsində müalicə aldığı və pozitiv nəticə əldə olunmazdan əvvəl sonuncu COVID testini zaman verməsi barədə məlumat əldə etmək mümkün olmadı.

Bona Dea Hospitalından nazirin adı çəkilən  müəssisədə müalicə olunması barədə xəbəri inkar etdilər. Gömrük Hospitalı və Mərkəzi Klinikdən isə məsələyə münasibət bildirməyiblər.

Bənzər yazılar

0.065896034240723