Emin Əmrullayev: "Elmi ada görə ödəniş etmək: belə şey yoxdur"

 21-11-2024

Elmi ada görə ödəniş etmək - müasir təhsil və elm sistemində belə şey yoxdur. Adamın PHD-si olduğuna görə əlavə pul vermirlər. Elmə görə ödəniş elmi nəticəyə görədir.

Axar.az xəbər verir ki, bunu 2025-ci ilin dövlət büdcəsinin Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Səmimi olaraq düşünürəm ki, 60 manatı 80 və ya 90 manat etsək, Azərbaycan elmi 20-30 faiz irəli getməyəcək. Bu ildən başlayaraq elmi nəticəsi olan 100-ə yaxın alimə əlavə ödənişlər etməyə başlamışıq. Bu prosesi genişləndirməyi düşünürük. Elmi adlar önəmlidir, amma alim olan şəxslərin elmi fəaliyyətləri maliyyələşməlidir. Biz elmi fəaliyyətin maliyyələşməsinin tərəfdarıyıq. Biz ali təhsil müəssisələrində bir fakültə yanaşmasından qaçmağa çalışırıq", - nazir qeyd edib

Nazir bildirib ki, digər qaldırılan məsələ elmlə bağlıdır:

“Ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir. Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir. Biz elmi nəticəsi olan 100-ə qədər alimə əlavə ödənişlər etməyə başlamışıq. Burada elmi adlara yox, ölçülə bilən elmi fəaliyyətə görə ödəniş olunsun. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək. Savadı olmayanları müəllim adından məhrum edirik, düşünürəm, düz edirik".  

Nazir bildirib ki, sertifikatlaşma prosesi davam etdiriləcək: “Çünki təhsildə əsas müəllim faktorudur. Bizim 7 şagirdi, 4 sinifi, 32 müəllimi olan məktəbimiz çoxdur”.

Bənzər yazılar

0.10833501815796