Alimpaşa Məmmədovun oğluna 180 manata satdığı əmlak müsadirə edildi

 02-11-2024

Bu gün Gəncə Apelyasiya Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo.az” xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı və Alimpaşa Məmmədovun vəkilləri çıxış ediblər.

Çıxışlardan sonra hakim qərarı elan edib.

Qərara əsasən, apelyasiya şikayəti qismən təmin edilib. A.Məmmədovun cəza müddəti 1 il azaldılaraq 11 il 6 aydan 10 il 6 ay müddətə endirilib. Həmçinin 1 milyon 335 min manatlıq “Abad Şəmkir” MMC müsadirə olunub. Bu əmlakı daha əvvəl A.Məmmədov 180 manat dəyərində "qiymətləndirərək" oğlunun adına keçirmişdi.

Qeyd edək ki, 2014-cü ildən həbs edildiyi günədək Şəmkirin icra başçısı vəzifəsində çalışmış Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. Eks-icra başçısı xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma, qanunsuz əldə edilmiş pulları leqallaşdırma və digər maddələrlə təqsirli bilinib.

Bənzər yazılar

0.14910411834717