Ələsgər Məmmədlinin həbs müddəti uzadıldı

 27-12-2024

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin həbsdə saxlanılma müddəti uzadılıb.

“Qafqazinfo.az”ın məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.

Hakim prokurorun təqdimatını əsaslı hesab edib.

Ələsgər Məmmədlinin həbs müddəti 3 ay uzadılıb. Cinayət işi üzrə təqsirləndirilən digər şəxslər barəsində də eyni qərar verilib.

Qeyd edək ki, iş üzrə ittiham edilənlər bu ilin martında həbs ediliblər. Onların hamısı qaçaqmalçılıqda ittiham edilirlər.

Bənzər yazılar

0.059869050979614