Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəddə qan xərçəngi olan kəskin miyeloid leykoz xəstəliyinin residivi aşkarlanıb.
Ölkə.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin qeyd edir ki, həkimlər onun sağalmaq şansını 50 faiz səviyyəsində qiymətləndirirlər.
Bildirilir ki, yoluxucu xəstəliklərin keçməməsi üçün Əsma Əsəd ayrı steril otaqda saxlanılır, ona başqa insanlarla eyni otaqda olmaq qadağan olunub.