Prezident Naxçıvana icra başçısı təyin etdi

 04-11-2024

Prezident İlham Əliyev Naxçıvan şəhərinə icra başçısı təyin edib.

MillətinSəsi.İnfo xəbər verir ki, Prezident bununla bağlı sərəncam imzalayıb.

“Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin”, - sərəncamda deyilir.

Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. Ali təhsilinin Ankara şəhərində alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı il aprelin 18-dən bu təyinatadək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışırdı.

C.Musayev iqtisad üzrə fəlsəfə doktorudur.

Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var.

Bənzər yazılar

0.12979888916016