Metyu Brayza: "Regiondakı vəziyyəti çox müsbət qiymətləndirirəm"

 23-04-2024

“Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O qeyd edib ki, sərhədlərin demarkasiyası məsələsi müəyyən vaxt ala bilər.

M.Brayza Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına da münasibət bildirib, o, bu hadisədən şoka düşdüyünü bildirib:

“Ermənilər sülhməramlıların burada daimi qalmasını istəyirdi, çünki düşünürdülər ki, Rusiya onları həmişə qoruyacaq. Ancaq üçtərəfli sazişə əsasən onların fəaliyyəti limitli idi və artıq regionu tərk edirlər. Paşinyanın KTMT-dəki fəaliyyətini dondurmaq qərarından və Ermənistan Aİ-yə üzv olmaq niyyətindən sonra vəziyyət dəyişdi”.

M.Brayza noyabrda ABŞ-da keçiriləcək seçkilərə də münasibət bildirib. O qeyd edib ki, əgər Donald Tramp hakimiyyətə gəlsə, ABŞ-nin həm xarici, həm də daxili siyasətində daha bir çılğınlıq dövrü yaşanacaq.

Bənzər yazılar

0.060059070587158