Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu gün Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
Artıq məsciddə ilk Azan da verilib.
“Ölkə.az” bunu əks etdirən görüntüləri təqdim edir.
Qeyd edək ki, konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq” şirkətinin dəstəyi ilə aparılıb və məscid əvvəlki tarixi görkəminə qaytarılıb.