Naxçıvan Nazirlər Kabinetinə yeni rəhbər TƏYİNATI

 26-04-2024

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun müvafiq Sərəncamına əsasən, Sahir Kamil oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatnın rəhbəri vəzifəsinə təyin edilib.

Sahir Rüstəmov bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Naxçıvan Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov dünən vəzifəsindən azad olunub.

 

Bənzər yazılar

0.059584140777588