Onlar xaricdən gəlib yoldaşını, bacısını, anasını öldürür – Siyavuş Novruzovdan şok

 19-12-2023

Bu gün Azərbaycanda yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərdən sonra ikinci yeri qadın ölümü tutur.

Ölkə.Az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gün ərzində 2-7 arası qadın ölümü faktı qeydə alınır. “Orta hesabla ildə mindən artıq qadın öldürülür. Bunun müxtəlif səbəbləri var. Sosial şəbəkələr, tiktok, yeni informasiya texnologiyaları və seriallardır”, - o qeyd edib.

Deputat əlavə edib ki, bu, çox ciddi məsələ olduğundan araşdırılmalıdır: “Bu gün baxırsan ki, qadın ölümünə artıq küçədə, evdə deyil, konsert salonunda da rast gəlinir. Əgər əvvəllər bu hadisələr daha çox şəhərdə baş verirdisə, indi rayonlarda, kəndlərdə də tez-tez qeydə alınır. Rusiyadan qayıdan kişinin ilk işi həyat yoldaşını öldürmək olur. Başqa bir ölkəyə gedir, qayıdıb gələn kimi yoldaşını, bacısını, anasını öldürür. Bu, çox pis hadisələrə gətirib çıxarır. Ona görə də hesab edirəm ki, telekanallarda bu qətlləri tərənnüm edib təbliğ edən seriallara son qoyulmalıdır. Bu seriallar yolunu bilməyənlərə yol öyrədir. Odur ki məsələnin səbəbləri ciddi araşdırılmalı, qarşısı alınmalıdır”.

 

 

Bənzər yazılar

0.17935609817505