Növbədənkənar prezident seçkilərini şərtləndirən amillər 

 09-12-2023

“Azərbaycanın İkinci Qarabağ savaşından sonra ərazi bütövlüyünü təmin edib, suverenliyini bərpa etməsindən sonra Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar, o cümlədən qarşıda duran çağırışlar   ölkədə  növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən əsas amildir.  Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar ölkənin gələcək inkişaf strategiyası ilə bağlı yeni hədəflər və çağırışlar ortaya qoyur. Azərbaycanın yeni hədəflərinə nail olub, qarşıdakı çağırışlara milli maraqlara uyğun siyasətin yürüdülüməsi üçünsə yeni seçkilərə ehtiyac var”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.

Deputat əlavə edib ki, digər tərəfdən dünyada baş verən qlobal geosiyasi proseslər və qlobal çağırışlar, baş verən qlobal böhranlar, münaqişələr şəraitində Azərbaycanın gələcək davamlı inkişaf strategiyasını, o cümlədən atacağı addımları müəyyənləşdirməyə zərurət yaranıb: “Cənab Prezidentin zamanında qlobal çağırışlara zamanında adekvat və çevik reaksiya verib ona uyğun siyasət yürütməsi nəticəsində Azərbaycanın xeyrinə olmayan geosiyasi prosesləri ölkəmizin xeyrinə dəyişdi. Geosiyasi proseslərin Azərbaycanın xeyrinə dəyişməsi isə ölkəmizin  erməni işğalına son qoyub zəfər çalması ilə nəticələndir. O baxımdan biz bu seçkini zəfər seçkisi də adlandıra bilərik. 

İkinci Qarabağ savaşından sonra yaranan yeni reallıq Azərbaycanın qarşısında yeni tələblər qoyur. Bu şərtlər təkcə ölkənin daxili və xarici siyasəti ilə kifayətlənmir, həmçinin Azərbaycanın Cənubi Qafqazın flaqman ölkəsi olaraq bölgədə yeni reallığa uyğun olaraq dayanıqlı sülhün, sabitliyin, sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaradılması istiqamətində çevik siyasətin yürüdülməsini zəruri edir.

Nəzərə alsaq ki, bu gün Azərbaycan təkcə karbohidrogen qovşağı yox, həm logistik və alternativ enerji qovşağına  çevrilməyi qarşısına  hədəf qoyub. Artıq  Azərbaycan bu istiqamətdə ciddi uğurlara imza atıb. Bu gün Azərbaycan Avrasiyanın  logistik xəritəsini müəyyən  etməklə dünyanın bu istiqamətdə  əhəmiyyətli ölkələrindən birinə çevrilməkdədir. 

Cənab Prezidentin zamanında  qlobal çağırışlara uyğun yürütdüyü  çevik siyasət nəticəsində Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənub arasında  tranzit-yükdaşıma  qovşağı rolunu oynamaqdadır və ölkəmizin bu rolu getdəkcə də artmaqdadır. Logistika isə  gələcək geosiyasi proseslərdə çox mühüm rol oynayacaq. Kim bu logistik marşrutlara sahib olacaqsa, həmin ölkə də geosiyasi  proseslərdə daha aktiv rola və böyük nüfuza malik ölkə rolunda çıxış edə biləcək. 

Bundan öz milli maraqları, ölkənin daha da inkişaf edib qüdrətlənməsi. Vətəndaşının sosial rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi  üçün faydalanacaq. Bütün bu və digər amillər Azərbaycanda nöbədənkənar prezident seçkilərini keçirməyi zəruri etdiyindən belə bir qərar verilib. Və bu çox düzgün qərardır. Əminəm ki, növbədənkənar prezident seçkiləri Azərbaycanın qarşısında duran hədəf və çağırışları uğurla icra olunmasına öz müsbət töhfəsini verəcək. Azərbaycan üzərinə düşən missiyanı layiqincə yerinə yetirməklə dünyanın  inkişaf etmiş güclü ölkələrindən birinə çevriləcək”.

O eyni zamanda bildirib ki, növbədənkənar seçkilər ölkədə genişmiqyaslı islahatların daha da dərinləşməsinə, “Böyük Qayıdış”ın daha qısa zamanda həyata keçməsinə imkan yaradacaq: “Bu gün Azərbaycanın qələbəsi təkcə dünya erməni lobbisinin deyil, eyni zamanda bəzi ölkələr və güclər tərəfindən həzm edilmir. Həmin güclər Azərbaycanın uğurlarına kölgə salmaq, bacardıqca bu yoldan döndərib onu dayandırmaq üçün ən müxtəlif təxribatlara əl atırlar. Əminəm ki, xalıqmız 44 günlük müharibə zamanı bir yumruq kimi birləşib düşmənin başını əzdiyi kimi, 7 fevralda da birliyi, həmrəyliyi ilə  düşmənin layiqli cavabını vermis olacaq. Bu mənada 7 fevral seçkisi Azərbaycanın siyasi sistemin gücləndirilməsi baxımdan da strateji əhəmiyyət kəsb etdiyindən, bu prosesdən də dövlətimiz qalib çıxacaq”.

Bənzər yazılar

0.15449213981628