Müxalifətə çağırış: Bu da meydan, radikal müxalifət buyursun

 08-12-2023

Radikal müxalifət özünə güvənirsə, buyursun növbədənkənar prezident seçkilərdə iştirak etsin.

Ölkə.Az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, radikal müxalifət öz gücünü göstərmək istəyirsə, buyursun: “Radikal qüvvələrə deyirəm ki, əgər özünüzdə siyasi iradə görürsünüzsə və belə bir imkanınız varsa, o zaman buyurun  fevralın 7-də keçiriləcək seçkilərdə iştirak edin. Bu da sizin üçün meydan”.

Deputat Elman Nəsirov da radikal müxalifəti seçkilərdə iştiraka dəvət edərək deyib: “Gecə-gündüz çox seçki-seçki deyirdiniz və bu da seçki. Gəlin gücünüzü göstərin. Partiyanın qeydiyyatdan keçməsi üçün 5 min imza toplaya bilməyənlər görək prezidentliyə namizədin irəli sürülməsi üçün 50 minədək imzanı necə toplayacaq?!”

 

 

Bənzər yazılar

0.17244100570679