Spiker Sahibə Qafarova: "Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar" 

 08-12-2023

2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar.

Bunu Milli Məclis sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin fevralın 7-də  növbədənkənar prezident seçkiləri keçirilməsi ilə bağlı imzaladığı sərəncam 2020-ci ildəki 44 günlük Vətən müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. “Bununla da Azərbaycanda  və bölgədə yeni reallıq yaratdı. 20274-cü ilin fevralın 7-də  keiriləcək növbədəkənar prezident seçkiləri bu reallığın nəticəsidir. Bu seçkilər eyni zamanda  müstəqil Azərbaycanın bütün ərazilərində keçiriləcək bir seçki olacaq. Növbədənkənar seçkiləri həm də Zəfər seçkiləri adlnadırmaq olar”, - spiker qeyd edib.

Spiker əlavə edib ki, bu gün cənab Prezident  xalqa verdiyi  bütün vədləri yerinə yetirib. 

O əminkilə qeyd edib ki, Azərbaycan Prezidentinin liderliyi altında ölkəmiz hələ çox uğurlara imza atacaq və Azərbaycan dünyanın ən inkişaf ölkələrindən birinə çevriləcək. “Bu həm də demokratiyanın bir təntənəsi olacaq”, - o qeyd edib.

 

 

Bənzər yazılar

0.18495512008667