Deputatdan çağırış: "Bakıda təcilli tibbi yardım maşınları ilə bağlı çox ciddi problemlər mövcuddur"

 05-12-2023

Bakıda təcilli tibbi yardım maşınları ilə bağlı çox ciddi problemlər mövcuddur və bu problem aradan qaldırılmalıdır. 

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, dövlət xəstəxanaları ilə müqayisədə özəl xəstəxanalarda servis daha yüksəkdir.

Deputat bildirib ki, təcili yardımla əlaqədar xəstəni özəl xəstəxanaya gətirmək üçün depozit tələb edirlər: “Bu, 5000-6000 manatdır. Bu, adi insanlar üçün böyük məbləğdir, əksər hissəsi də tibbi sığorta ilə qarşılanmır. Düzdür, bu tələb özəl xəstəxananın öz tələbidir. Biz dövlət xəstəxanalarına diqqəti artırmalıyıq ki, onlar yeni avadanlıqlarla təmin olunsun, təmir olunsun. Buna fikir vermək lazımdır ki, bu həm insanlar üçün, həm tibbi sığorta üçün rahat olacaq”.

Rüfət Quliyev qeyd edib ki, bir neçə il bundan öncə Bakının əhalisi 2,5 milyon olanda 175 təcili tibbi yardım maşını - ambulans var idi: “Bu gün Bakının əhalisi kifayət qədər artıb. Bu gün ambulans ekipajının sayı 140-dir. Buna görə də təcili yardım çağıranda 1 saata çatır. Ambulans maşınlarının sayı artırılmalıdır”.

 

 

Bənzər yazılar

0.16539096832275