"Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxs məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, xəstəxana barədə məhkəməyə Hüseynova Həvva Bayram qızı müraciət edib.
Həvva Hüseynova məhkəmədə xəstəxana direktoru barəsində "Əmək mübahisələri - işə bərpa" olması üçün iddia qaldırıb.
İşə Yasamal Rayon Məhkəməsinin hakimi Təhminə Xəlilovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Respublika Klinik Xəstəxanasının direktoru ortoped-travmatoloq Elviz Qasımovdur.