Azərbaycanda bu institutun binasını gəmiricilər basıb?

 11-01-2025

Geologiya və Geofizika İnstitutu müəssisənin inzibati binasının və zirzəmilərinin gəmiricilərdən, xəstəlik yayan mikroorqanizmlərdən təmizlənməsi ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

Ölkə.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, binanın və zirzəmilərinin gəmiricilərdən və xəstəlik yayan mikroorqanizmlərdən təmizlənmə işlərinin icrası "Azbüllur” MMC-yə həvalə edilib və onunla müqavilə bağlanılıb.

Müqaviləyə əsasən, şirkət təmizlənmə işlərini 3 000 manata icra edəcək.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərib. 2022-ci ildən isə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. İnstitutun binası paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın yanında yerləşir. Müəssisənin binası zirzəmidən əlavə, 5 mərtəbədən ibarətdir.
 

Bənzər yazılar

0.061229944229126