Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır

 27-02-2025

Salyan Rayonlararası Psixiatriya Xəstəxanası “Qubadoğlu” MMC (VÖEN – 1604035851) ilə satınalma müqaviləsi imzalayıb. 

Yeniavaz.com xəbər verir ki, satınalma müqaviləsi tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.

Bildirilir ki, Psixiatriya Xəstəxanası “Qubadoğlu” MMC-dən ümumi dəyəri 502 min 655 manat 86 qəpik olan ərzaq məhsulları satın alacaq.

Məlumat üçün bildirək ki, “Qubadoğlu” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Məhərrəmv Vüsal Qubad oğludur.

Bənzər yazılar

0.066157102584839