UEFA Avropa Liqası: "Mançester Yunayted" rahat qələbə ilə növbəti mərhələdə

 14-03-2025

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Mançester Yunayted" - "Real Sosyedad" matçı baş tutub.

Milletinsesi.info xəbər verir ki, matç İngiltərə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1.

"Qırmızı şeytanlar"ın üç qolunu ikisini penaltidən olmaqla Bruno Fernandeş vurub. Daha bir dəfə Dalot fərqlənib. İspaniyalılardan isə Oyarzabal 11 metrlik cərimə zərbəsindən qol vurub.

Qeyd edə ki, Aramburu 64-cü dəqiqədən etibarən "Real Sosyedad"ı azlıqda qoyub.

Xatırladaq ki, tərəflər arasında ilk matç 1:1 hesabı ilə yekunlaşmışdı. Ümumi hesabda (5:2) üstünlük qazanan "Mançester Yunayted" 1/4 final mərhələsində oynamaq hüququ əldə edib.

Bənzər yazılar

0.096226930618286