Sebastian Şimanski "Fənərbağça"da 17 illik rekordu təkrarladı

 14-03-2025

Sebastian Şimanski avrokuboklarda "Fənərbağça" forması ilə son 17 ildə səfər matçında bir oyunda iki qol vuran ilk futbolçu olub.

Milletinsesi.info xəbər verir ki, ulduz futbolçu "Reyncers"lə görüşdə iki dəfə fərqlənərək oyunun penaltilər seriyasına keçməsini təmin edib.

Şimanski "Fənərbağça"nın keçmiş futbolçusu Deyvid de Souzanın rekordunu təkrarlayıb. Belə ki, Deyvid də 2008-ci ildə "Sevilya" ilə səfər matçında iki qol vurmuşdu.

Bənzər yazılar

0.066366910934448