Nazir bu qurumun müdirini işdən çıxardı (FOTO)

 16-01-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri vəzifəsindən azad edilib. 

Ölkə.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Əliyev Müseyib Fayaz oğlu vəzifəsindən azad olunub. 

Qeyd edək ki, 29 may 2024-cü ildən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Sadiq Əliyev təyin olunub. 

Xatıradaq ki, Müseyib Əliyev 2021-ci ilin sentyabr ayından Dövlət Məşğulluq Agentliyində çalışıb. O, "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri və "Azərpoçt" MMC-də müxtəlif vəzifələrdə çalışıb. 

Bənzər yazılar

0.059406995773315