İcra Hakimiyyəti II İohann Pavel adına katolik kilsəsinin tikintisinə 8,2 milyon manat ayırıb

 26-02-2025

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tender müsabiqəsi elan edib.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi Roma papası II İohann Pavel adına katolik kilsə binasının tikintisi ilə bağlıdır.

Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 8 milyon 209 min 384 manat təşkil edir.

Xatırladaq ki, II İohann Pavel 1920 - 2005-ci illərdə yaşayıb və 1978-ci ildən Roma Papası olub. II İohann Pavel 2002-ci ildə Azərbaycanda rəsmi səfərdə olub.

Bənzər yazılar

0.072113990783691