Zəngəzurla bağlı ayrıca razılaşma var, təhvil veriləcək - Akopyan

 13-01-2025

Rusiya-Ukrayna müharibəsində ən çox zərər çəkən tərəf məhz Avropadır.

Ölkə.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Vigen Akopyan yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanla hazırkı vəziyyət fonunda İrəvan AB-yə qoşulma prosesindən danışırsa, deməli, Ermənistan Rusiyanı de-yure üzərinə götürdüyü bütün öhdəliklərdən tamamilə azad edir:

“Avropanın təhlükəsizliyimizin qarantı olacağı ilə bağlı səsləndirilən fikirlər isə ya çılğınlıqdır, ya da gözlənilən müharibə öncəsi ölkəni zəiflətmək üçün düşünülmüş addımdır. Bu, o deməkdir ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazinin təhvil verilməsi ilə bağlı hansısa ayrıca razılaşma var”.

Bənzər yazılar

0.072924852371216