İmpiçment elan olunan Koreya prezidentinin maaşı artırılıb

 14-01-2025

Dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış Koreya prezidenti Yun Sok Yolun maaşı planlı indeksasiyaya uyğun olaraq artırılıb.

Ölkə.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Bildirilib ki, prezidentin illik maaşı 3 % artırılaraq 262,2 milyon vona (179 min dollar) çatdırılıb.

Qeyd edək ki, Koreya prezidenti Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət elan edib, buna görə də dekabrın 14-də parlament ona qarşı impiçment elan edib. Konstitusiya Məhkəməsi prezidenti vəzifəsinə bərpa etmək və ya onu hakimiyyətdən tamamilə kənarlaşdırmaq üçün altı ay ərzində qərar verməlidir.

Bənzər yazılar

0.06224799156189