Avropanın gələcəyi Putindən asılıdır - NATO

 14-01-2025

Avropa və qlobal təhlükəsizliyin gələcəyi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün nəticəsindən asılıdır. 

Ölkə.Az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte yanvarın 13-də Avropa Parlamentində çıxışı zamanı deyib.

"Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Amma biz daha çox istəyirik ki, davamlı sülh olsun. Bu müharibənin necə və nə vaxt bitəcəyini bilmirəm. Amma mən bilirəm ki, Putin Ukraynada istədiyinə nail olsa, o, daha da irəli gedib sıxışdıracaq”, - Rutte avropalı deputatlara deyib.

NATO-nun baş katibi əmindir ki, davamlı sülh yalnız Ukraynanın güclü mövqedən çıxış edərək danışıqlar masasına oturduğu zaman ola bilər və bunun üçün Qərbin daimi köməyinə ehtiyacı var. "Bu məqsədlə də Ukraynaya daha çox silah lazımdır və tez bir zamanda çatdırılmalıdır", - baş katib qeyd edib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.062145948410034