İstanbulda saxta içki kütləvi ölümə səbəb oldu

 15-01-2025

Türkiyənin İstanbul şəhərində son sutkada saxta spirtli içki qəbul edən 11 nəfər ölüb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, onlar xəstəxanaya müraciət etsələr də, bu, faydasız olub. Məlumata əsasən, məsələ ilə bağlı cinayət işi başladılıb, iki şübhəli saxlanılıb.

Qeyd edək ki, daha əvvəl İstanbul valiliyi 2024-cü ildə 110 nəfər saxta spirtli içkidən zəhərləndiyini, onlardan 48-nin həyatını itirdiyini bildirmişdi.

Bənzər yazılar

0.062483072280884